Nərgiz Qurbanova Polşaya yeni səfiri təyin edildi
Prezident İlham Əliyev yanvarın 8-də Azərbaycanın Polşa və Bolqarıstandakı səfirləri Həsən Həsənov və Nərgiz Qurbanovanın geri çağırılması haqda
sərəncam
imzalayıb.
Prezidentin digər sərəncamıyla Nərgiz Qurbanova Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin
edilib
.
80 yaşlı Həsən Həsənov 1990-1991-ci illərdə Azərbaycanın Baş naziri, 1992-1993-cü illərdə Azərbaycanın BMT-də birinci daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri, 2004-cü ildən indiyə qədər Macarıstan və Polşada səfirləri vəzifəsində çalışıb.
1975-ci ildə doğulan Nərgiz Qurbanova Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr və Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.
Eyni zamanda, 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb.
2004-2007-ci illərdə Azərbaycanın Avstriyada, 2010-2013-cü illərdə isə ABŞ səfirliklərində çalışan Nərgiz Qurbanova 4 il əvvəl Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.