İlham Əliyev deputatı qoruq rəhbəri təyin etdi

Şahin Seyidzadə. Foto: https://seyidzade.az/

Şahin Seyidzadə Qobustanın deputatıdır

Əsgər Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev martın 3-də sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə deputat, Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

1978-ci ildə Bakıda doğulan Şahin Seyidzadə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

O, Dövlət Pedaqoji Universitetinin bakalavr və magistr pillələrini bitirib.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb.

Şahin Seyidzadə Milli Məclisinin VI çağırış üzvüdür.

Ə.Ələkbərov 2017-ci ilin avqustunda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Ana səhifəSosialİlham Əliyev deputatı qoruq rəhbəri təyin etdi