İlham Əliyev: Azərbaycanda demokratik islahatların inkişafına sadiqik

”Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var”

Source:


”Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var”

“Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlayırıq”.

Bunu İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

APA-nın məlumatına görə, dövlət başçısı deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri yüksək səviyyədədir. İlham Əliyevin fikrincə, əməkdaşlığı genişləndirmək üçün böyük potensial var və tərəflər arasında aktiv dialoq mövcuddur:

“Mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.

İlham Əliyev həmçinin qeyd edib ki,  Azərbaycan Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirakçıdır:

“Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycanda demokratik islahatların inkişafına sadiqik