İlham Əliyev 4-cü dəfə and içdi

Ölkə başçısı Konstitusiyaya və ”Quran”-a and içib

Source:
foto Azərtac
foto Azərtac


Ölkə başçısı Konstitusiyaya və ”Quran”-a and içib

Aprelin 18-də prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi

keçirilib

.

Mərasimdə dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və ölkə başçısının ailə üzvləri iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi 17 aprel tarixli qərarı ilə prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.

Bundan sonra İlham Əliyev Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, andiçməyə dəvət olunub.

O, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Bundan sonra prezident əlini “Quran”ın üzərinə qoyaraq and içib:

“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Sonra İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

APA-nın

məlumatı

na görə, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı əsgərləri salamlayıb, Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Bu, İlham Əliyevin 4-cü andiçmə mərasimidir. İlham Əliyevin seçki şüarı “İlhamla irəli”-dir. Bundan əvvəlki – 2013-cü ildə seçilərkən “Gələcəyə 10 addım” adlı vəd

vermişdi

.

Ekspertlərin

fikrinə görə

, İlham Əliyev xalqın rifahi, ifadə və söz azadlığı, sosial təminatı ilə bağlı verdiyi vədlərə əməl etməyib.

Ərazi bütövlüyünü qoruyacağına and içən dövlət başçısının rəhbərliyi altında keçən 15 il ərzində yalnız 2016-cı ilin aprel döyüşlərində

Lələtəpə

yüksəkliyi əldə edilib. 3 günlük döyüşdə Azərbaycan ordusu 100-dək əsgərini itirib, onlarla yaralı olub.

Ötən prezidentliyi dövründə Azərbaycan söz və ifadə azadlığı, eləcə də əhalinin sosial rifahının səviyyəsinə görə beynəlxalq təşkilatların reytinqində sonuncu yerləri bölüşüb. İlham Əliyev beynəlxalq təşkilatlar tərəfindən “diktator” adlandırılıb.

Ötən hakimiyyəti dövründə bir çox böyük şirkətlər Azərbaycandan köçüb, bunu ölkədə iqtisadi mühitin olmaması ilə

əlaqələndiriblər

.

Son bir neçə ildə Azərbaycandan Avropaya, Amerikaya mühacir edənlərin sayı da

artıb

. Onlar da iqtisadi və ifadə azadlıqlarının olmamasını, ölkədə normal yaşamağın mümkünsüzlüyünü əsas gətiriblər.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Ana səhifəXəbərlərİlham Əliyev 4-cü dəfə and içdi