Siyahı: 93 hərbçi şəhid olub, 6 mülki şəxs dünyasını dəyişib (YENİLƏNİR)

İtkilərin siyahısı
Aprelin 1-5-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrindən neçə nəfərin şəhid və yaralı olduğu barədə tam məlumat yoxdur. Müdafiə Nazirliyi rəsmi olaraq 31 nəfərin şəhid olduğunu bəyan etsə də, həmin şəxslərin siyahısı cəmiyyətə təqdim olunmur. Bu səbəbdən də itkilərin daha çox olması barədə fikirlər səsləndirilir. Müdafiə Nazirliyi həmin fikirlərə bu cür münasibət bildirib:
“Savaş itkiləri haqqında yalnız Müdafiə Nazirliyinin rəsmi saytında (Mod.gov.az) verilən rəqəmlər əsas götürülməlidir. Son əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib. Müdafiə Nazirliyinin mətbuat xidməti bunu ayrı-ayrı üç məlumatında açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğunu bəyan etmişik. Kim başqa rəqəm səsləndirir, bu, onun öz işidir”.
"Xəzər" Hərbi Tədqiqatlar İnstitutu sosial şəbəkələrdə paylaşılan məlumatları birləşdirərək, ümumi siyahı hazırlayıb. Meydan TV həmin siyahını ümimiləşdirərək, təqdim edir:
Həmin məlumatlara əsasən, 5 gün ərzində Azərbaycan ordusunun itirdiyi hərbçilər bunlardır:
68. Xırdalan sakini Baxşəliyev Rəşid Əliağa oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
69. İsmayıllı rayonu Maçaxı kənd sakini, Vahabov Mikayıl Yaqub oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
70. Əslən zəngilanlı olan Bakı sakini, Niftalıyev Rəşad Şakir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
71. Qusar rayonu Qazmalar kənd sakini, 1997 təvəllüd Osmanov Yalçın Namiq oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
72. Mingəçevir şəhər sakini, 1993 təvəllüd MAXE, Adilzadə Adil Kamran oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
73. Xaçmaz rayon sakini, 1994 təvəllüd Mirzəyev Elvin Azadxan oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
74. Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü, MAXE Qasımov Teymur Sabir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
75. Şamaxı şəhər Göylər kəndi sakini, hərbçimiz Səmədov Elşən Səlim oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
79. Əslən cəbrayıllı, 1997 təvəllüd hərbçimiz İbrahimov Mahmud Azər oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
83. Şabran rayon Zeyvə kənd sakini, kiçik gizir Abidov Babək Vəfadar cəbhədə gedən döyüşlərdə şəhid olub.
84. Qazax Rayon Fərəhli kənd sakini, kapitan Orucav Mühit Qurban oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
85. Beyləqan rayon sakini, hərbçimiz Cavadzadə Şahin cəbhədə gedən döyüşlərdə şəhid olub.
86. Ağsu rayonun, Bico kənd sakini Fərəczadə Toğrul Habil oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
87. Goranboy rayon sakini, 1995-ci il təvəllüd, Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
88. Astara rayonu Ezarud kənd Teymurov Pəncəli Nurməmməd oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
89. Naftalan şəhər sakini, hərbçimiz Sərxan Salmanov cəbhədə gedən döyüşlərdə şəhid olub.
90. Əslən şəkili olan, 1989 təvəllüd İsgəndərov Elnur İsgəndər oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
91. Kürdəmir rayon sakini, kəşfiyyatçı Qurbanov Tural Gülşad oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
92. Tovuz rayon, Bayramlı kənd sakini, 1994 təvəllüd, kəşfiyyatçı Cəfərov Mirsalam Təvəkgül oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
93. Sumqayıt sakini, kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
94. Hərbçimiz Məmmədov Natiq Ehtiram oğlu cəbhədə baş vermiş döyüşlər zamanı şəhid olub.
1. Qəbələ rayonundan çağırılmış Əhədli Sədail Vüqar oğlu haqqında heç bir məlumat yoxdur.
2. Vüsal Şıxməmmədov - (dəqiq xəbər yoxdur)
Mülki şəxslərin siyahısı:
1. Orxan Valeri oğlu Rəhimov – 1993-cü il təvəllüdlü - Tərtər
2. Fərman Elçin oğlu Əsədov – 1992-ci il təvəllüdlü - Gəncə
3. Turanə Kamandar qızı Həsənova - 16 yaşlı - Kəlbəcərdən məcburi köçkün
4. Dadaşov Qaraş Şahmar oğlu – 1954-cü il təvəllüdlü - Ağdam Əhmədağalı
5. Cəlal Rəhimov
6. Orxan Rəhimov Cəlal oğlu
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019