İlham Əliyev: 2020-ci ildə Avropaya qaz ixracına başlayacağıq

Ölkə başçısı: TAP yekunlaşmaq üzrədir və 87% tikilib

Source:
İlham Əliyev
İlham Əliyev


Ölkə başçısı: TAP yekunlaşmaq üzrədir və 87% tikilib

“Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi Avropanın energetika xəritəsini dəyişdirəcək və Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında böyük əhəmiyyət kəsb edəcək. Bu barədə prezident İlham Əliyev bu gün Bakıda “Cənub qaz dəhlizi” layihəsinin Məsləhət Şurasının iclasında çıxış edərkən bildirib.

Avropa Komissiyasının bu layihədə iştirakına toxunan Əliyev Böyük Britaniya və ABŞ-ın fəal rolunu da qeyd edib.

O bildirib ki, CQD elementlərinin fəal tikintisi gedir, onların üçü artıq fəaliyyət göstərir, sonuncusu – TAP yekunlaşmaq üzrədir və 87% tikilib.

Bu, 2020-ci ildə artıq Avropaya qaz nəqlinə başlamağa imkan verəcək, deyə Əliyev bildirib.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, Yunanıstan, Albaniya, Adriatik Dənizi və İtaliyadan keçir.

Layihə Azərbaycanın “Mərhələ-2” çərçivəsində Şah-Dəniz yatağından təbii qazın nəqli üçün nəzərdə tutulub. CQD layihəsinin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir.

Ana səhifəXəbərlərİlham Əliyev: 2020-ci ildə Avropaya qaz ixracına başlayacağıq