İki siyasi partiya birləşə bilər

Pənah Hüseyn: “Birləşmə məsələsi strateji hədəfdir”

Source:


Pənah Hüseyn: “Birləşmə məsələsi strateji hədəfdir”

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Azərbaycan Xalq Partiyası (AXP) birləşə bilər.

AXP sədri Pənah Hüseyn “Report”a açıqlamasında deyib ki, hazırda bu istiqamətdə danışıqlar gedir: “Söhbət təkcə birləşməkdən getmir, burada həm də əməkdaşlıq məsələləri müzakirə olunur. Hər iki tərəf müqavilə layihəsi hazırlayıb. Yaxın günlərdə bu məsələlər yenidən müzakirə olunacaq”.

P.Hüseyn qeyd edib ki, birləşmə məsələsi strateji hədəfdir: “Yəni, birləşmək əməkdaşlığın başqa bir mərhələyə keçməsidir. Hələlik birliklə bağlı vahid addan və ya digər məsələlərdən danışmaq tezdir”.

Ana səhifəXəbərlərİki siyasi partiya birləşə bilər