Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmama) ilə ittiham olunublar
Avqustun 22-də “Respublikaçı Alternativ”(ReAL) Hərakatının üzvləri Toğrul İsmayılov və Elşən Qasımov azadlığa çıxıblar.
Bu barədə ReAl üzvü Rəsul Cəfərov “facebook” səhifəsində yazıb.
T.İsmayılov və E.Qasımov avqustun 16-da Səbail rayon Məhkəməsinin qərarı ilə 7 sutka həbs cəzası almışdı.
Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmama) ilə ittiham olunublar.