İki iranlı Qum şəhərində koronavirusdan ölüb. Qum şəhəri Tibb Elmləri Universitetinin rəhbəri “Mehr” xəbər agentliyinə bildirib.
“Bu gün yeni koronavirusla bağlı test nəticələri müsbət olan iki iranlı tənəffüs xəstəliyindən ölüb”,- o deyib.
İranın Səhiyyə Nazirliyinin sözcüsü Kianuş Cahanpur “Twitter”-də iki İran vətəndaşının öldüyünü təsdiqləyib, – “Reuters” xəbər verir.
“İran çərşənbə günü virusun ilk iki hadisəsini təsdiqləyib”, hökümət sözcüsü Əli Rabiei iki nəfərin test nəticələrinin müsbət olduğunu öyrəndikdən sonra deyib.
Səhiyyə Nazirliyi xəstələrin təcridxanaya qoyulduğunu söyləyib.
“Rabiei yoluxmuş iki nəfərin milliyəti haqda məlumat paylaşmayıb, lakin bəzi mənbələrə görə onlar İran vətəndaşları olub”, – “Reuters” əlavə edir.
Çərşənbə günü materik Çində koronavirus nəticəsində ölənlərin sayı 2000 nəfəri keçib, baxmayaraq ki, yeni yoluxma hallarının sayı azalmaqdadır. Çin hakimiyyəti virusun episentri olan Vuhan şəhərində ciddi qoruma tədbirləri həyata keçirib.