İDİ-dən seçkilərlə bağlı yeni təşəbbüs

Təşkilat seçki prosesinin tərəfləri olan siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirə aparmağı planlaşdırır

Source:


Təşkilat seçki prosesinin tərəfləri olan siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirə aparmağı planlaşdırır

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) seçkilərlə bağlı yeni təşəbbüslə çıxış edib. Qurumdan Meydan TV-yə daxil olan press-relizdə deyilir ki, İDİ 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənzimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparıb.

Təşkilat araşdırmanın ilkin nəticələrini seçki prosesinin tərəfləri olan siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə yaxın günlərdə müzakirə etməyi planlaşdırır.

Bununla da İDİ tərəflərin rəy və təkliflərini nəzərə alaraq, mümkün şərtlər çərçivəsində araşdırmanın nəticələrini təqdim etməklə, geniş ictimaiyyətin birgə müzakirəsini təşkil etmək niyyətini ifadə edir. İDİ bununla bağlı seçki prosesinin bütün tərəflərinə rəsmi müraciət göndərəcək.

Bu istiqamətdə keçiriləcək görüşlər və müzakirə ediləcək məsələlərlə bağlı mediada müntəzəm məlumat veriləcək.

Ana səhifəXəbərlərİDİ-dən seçkilərlə bağlı yeni təşəbbüs