İcra başçısının oğlu 5,6 il azadlıqdan məhrum olundu (VİDEO)

“Mc Donalds”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənanın ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə prosesinə bu gün yekun vuruldu.

Proses Ramella Allahverdiyevnın  sədrliyi ilə həyata keçirilib.

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhliman Süleymanova 6 il, Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu Ilham Əsgərliyə isə 5,6 il azadlıqdan məhrumetmə hökmü çıxarıldı.

Həmçinin hər iki şəxs 3 il avtomobildən istifadə edə bilməzlər.

Yük maşının sürücüsü Əhliman Süleymanovun atası hökmü qanunsuz və oğlunun günahsız olduğunu bildirdi.

Yol qəzası ötən il sentyabrın 27-də baş verib. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.

Ana səhifəVideoİcra başçısının oğlu 5,6 il azadlıqdan məhrum olundu (VİDEO)