İçkili komandir 2 uşaq anasını öldürüb

Aprelin 18-də Qazaxda N saylı hərbi hissədə bölük komandiri olan leytenenant Cəfərsoy Atamoğlu Pərviz oğlunun yol qəzası törətdiyi bildirilir. O, sərxoş halda saatda 150 km sürətlə yolun kənarındakı maşına çırpılıb. Qəza nəticəsində 2 uşaq anası Səadət Hüseynova ölüb, avtomobildə olan digər qadın isə ağır yaralanıb.

Məlumatı Meydan TV-yə Qazax sakinləri verib. Bildiriblər ki, Atamoğlu Cəfərsoy qəzanı törətdiyi zaman sərxoş olub. Leytenant Polis idarəsində çəkilmiş video görüntüdə də içkili olduğunu təstiqləyir: VİDEO

Hadisəni törədən Atamoğlu Cəfərsoy Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sakinidir. Sakinlər bildirirlər ki, polis onu məhkəmə olmadan sərbəst buraxıb. Hal-hazırda leytenant rütbəsilə işinə davam edir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qazax Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən həmin işlə Hərbi Prokurorluğun məşğul olduğunu deyiblər.

Hərbi Prokurorluqdan isə hadisənin araşdırıldığını söyləyiblər.

Ana səhifəVideoİçkili komandir 2 uşaq anasını öldürüb