Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb
İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Son məlumata görə, İbrahim Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilib.
“Region” TV-dən İ.Məmmədovun təyinatını təsdiqləyiblər.
“Region TV” televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir.
“Region TV” 2014-cü ilin ortalarından Bakıda yayıma başlayıb.