T
ü
rk v
ə
kill
ə
r
ə
etibarnam
ə
verilm
ə
sind
ə
n imtina ed
ə
n istintaq Konstitusiya v
ə
Avropa
İ
nsan H
ü
quqlar
ı
Konvensiyas
ı
nda z
ə
man
ə
t h
ü
quqlar
ı
n
ı
pozur
İstintaq orqanı “Zerkalo” qəzetinin həbsdə olan jurnalisti Rauf Mirqədirova hüquqlarının müdafiəsi üçün Türkiyədə vəkil tutmaq məqsədilə etibarnamə verməyə icazə verməyib.
Müvafiq müraciət 10 gün əvvəl Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranskiyə göndərilib, lakin mənfi cavab gəlib.
Məlumatı jurnalistlərə vəkil Elmar Süleymanov verib.
O, hesab edir ki, aprelin 19-da Rauf Mirqədirovun Türkiyə hakimiyyəti tərəfindən saxlanılması və Azərbaycana təhvil verilməsi deportasiya deyil, ekstradisiya idi.
Türk vəkillərə etibarnamə verilməsindən imtina edən istintaq Rauf Mirqədirovun Konstitusiyada və Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqlarını pozur. O cümlədən, məhkəmə şikayəti vermək hüququ pozulub.
Vəkil deyib ki, Türkiyə məhkəməsi Rauf Mirqədirovun Azərbaycan hökumətinə təhvil verilməsi zamanı hüquqlarının pozulmasını etiraf edirsə, bu, prosesin əvvəlindən onun hüquqlarının pozulması demək olacaq. Bu, işin Avropa İnsan Hüquqları Məhkəməsində qazanılması ehtimalını artırır. Elmar Süleymanovun fikrincə, buna görə istintaq jurnalistin Türkiyədə məhkəmə çəkişməsi başlatmasına mane olur.
Vəkilin sözlərinə görə, türk vəkillər Rauf Mirqədirovun hüquqlarını müdafiə etmək istəyir, lakin bünün üçün etibarnamə verilməlidir.
Müstəntiqin Rauf Mirqədirova etibarnamə verməyə icazə verməməsindən Nəsimi rayon məhkəməsinə şikayət veriləcək, vəkil belə deyib.