Hüseyn Abdullayevin anası İlham Əliyevə müraciət edib

”Humanizm və mərhəmət nümayiş etdirməyinizi xahiş edirəm”

Source:
46642


”Humanizm və mərhəmət nümayiş etdirməyinizi xahiş edirəm”

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət edib.

O, müraciətinin sürətini

“Qafqazinfo”

ya təqdim edib. Həmin müraciətdə Z. Abdullayeva ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib.

Z.Abdullayeva məktubunda qeyd edib ki, Hüseyn Abdullayev həmişə mərhum Heydər Əliyevin yanında olmuş, həmişə onun göstərişlərini can-başla və vicdanla yerinə yetirmiş və daim bununla fəxr edib.

“O insan həyatda xoşbəxtdir ki, o, Heydər Əliyev kimi dahi bir azərbaycanlının göstərişlərini icra etsin və onun müsəllah əsgəri olsun. Mənim oğlum Hüseyn həmişə həyatında Heydər Əliyevçi olmağı ilə qürur duyub.

Müəyyən mənfur və düşmənə xidmət edən qüvvələr həmişə Sizin həyata keçirdiyiniz uğurlu işlərinizə və qanuni hakimiyyətinizə kölgə salmaq istəyir. Lakin xalqın Sizə olan sevgisi həmin şəxslərin planlarını həmişə puç edib və onların çirkin niyyətləri ürəklərində qalıb”.

Z.Abdullayeva bildirib ki, Avropada olan bəzi şəxslərin İlham Əliyevə, Azərbaycan hakimiyyətinə və bu xalqa qarşı apardığı kampaniyanın guya, Hüseyn Abdullayevin maliyyələşdirməsi ilə bağlı yayılmış informasiyalar yalan və cəfəngiyatdır.

“Mənim Sizə müraciətim oğlumu müdafiə etməkdən çox Sizə, Heydər Əliyev yoluna olan sevgimizi göstərmək və bu yoldan dönməyəcəyimizi bəyan etmək məqsədi daşıyır. Möhtərəm cənab prezident, Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşam. Bütün bunlar mənə ümid verir ki, oğlum Hüseyn Abdullayev barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mənim ahıl yaşda olmağımı və oğlumun səhhətində yaranmış problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən bir daha xahiş edirəm”.

“Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami II seçki dairəsində Milli Məclisə mandat qazanıb. 2007-ci ilin martında Milli Məclisin plenar iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranıb.

Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb və həbs olunub.

Sonradan o, azadlığa buraxılıb və Almaniyada mühacir həyatı yaşayıb.

H.Abdullayev 2017ci il oktyabrın 13-də prezident seçkisində iştirak edəcəyi haqda bəyanat vermişdi.

Sonradan o, seçkiləri boykot etdiyini açıqladı və bildirdi ki, İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total və təcili saxtakarlığa hesablanmış bir addımdır.

2018-ci il aprelin 23-də Hüseyn Abdullayev Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib.

İddia olunur ki,

Hüseyn Abdullayev

3 oktyabr 2016-cı idə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə edib. Onun Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Ana səhifəXəbərlərHüseyn Abdullayevin anası İlham Əliyevə müraciət edib