Hüseyn Abdullayevə hökm oxundu

Keçmiş deputatın anası da cərimələnib

Source:


Keçmiş deputatın anası da cərimələnib

Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva və daha 7 nəfərə hökm oxunub.

Almaniyada siyasi sığınacaq almasına baxmayaraq, 2018-ci ilin aprelində Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilən H.Abdullayev 6 il azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva təqsirli bilinsə də, ona 4 min manatlıq cərimə cəzası verilib.

Digər təqsirləndirilən şəxslərdən Z.Abdullayevaya məxsus “Araz-İnşaat” MMC-ni idarə edənlərdən Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib. Həbsdə olan təqsirləndirilən şəxslərdən İntiqam Soltanov məhkəmə zalından azadlığa buraxılıb – ona şərti cəza verilib.

Bu işdə təqsirləndirilən və məhkəmə dövründə ev dustaqlığında olan sərhədçilərə də şərti cəza verilib. Bunlar Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevdir. Onlar Z.Abdullayevaya bacısının pasportuyla ölkədən çıxmaqda kömək etməkdə ittiham olunurdu.

H.Abdullayev vergidən yayınma, Azərbaycanda cinayət yoluyla əldə olunmuş pulları xarici banklara yerləşdirib leqallaşdırma, ailəsinə məxsus şirkətin icarəyə götürmüş şəxsə hədə-qorxu gəlmə və başqa əməllərdə ittiham olunurdu. Lakin o, özünü təqsirli bilmir. Məhkəmədə son sözündə də bildirib ki, Azərbaycan hakimiyyəti ondan 2013-cü ildə yazdığı “Susma” marşının və parlamentdə deputat olarkən səsləndirdiyi tənqidlərin qisasını alır.

Ana səhifəXəbərlərHüseyn Abdullayevə hökm oxundu