Hüquqşünas: İcra hakimiyyətinin YAP-ın binasını təmir etdirməsi qanunsuzdur

Nurəddin Məmmədli: ”AXCP qərargahsız fəaliyyət göstərir”

Source:
Laçın Rayon İcra Hakimiyyəti
Laçın Rayon İcra Hakimiyyəti
Laçın Rayon İcra Hakimiyyəti
Laçın Rayon İcra Hakimiyyəti


Nurəddin Məmmədli: ”AXCP qərargahsız fəaliyyət göstərir”


Laçın rayon İcra Hakimiyyəti hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında təmir işlərinin aparıldığını bildirib.

Təkliflər avqustun 17-si saat 17.00-dək Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin kotirovka komissiyasına təqdim olunmalıdır.

Bu rəsmi elan “Xalq qəzeti”ndə dərc edilib.

“Turan” agentliyi yazır ki, hakim partiyanın ofisinin təmiri dövlət büdcəsinin hesabına həyata keçirilir: “Belə çıxır ki, YAP dövlətdən birbaşa yardım alır ki, bu da qanun pozuntusu sayılır”.

Laçın rayon İcra Hakimiyyətinin əzari idarəetmə şöbəsinin məsləhətçisi Elşən Quliyev Meydan TV-yə deyib ki, o, YAP-ın binasının hansı vəsait hesabına təmir olunduğu barədə açıqlama verə bilməyəcək.

“Siyasi partiyalar” haqqında qanuna əsasən dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

2012-ci ildən etibarən hər il dövlət büdcəsindən bu məqsədlə 2.5 mln manat ayrılıb.

Parlament üzvlərinin siyahısına əsasən, 125 yerdən 71 -i Yeni Azərbaycan Partiyasına məxsusdur.

Zaur Qurbanlı
Zaur Qurbanlı

Hüquqşünas Zaur Qurbanlı deyir ki, 2012-ci il aprelin 20-də qanuna edilən əlavəyə əsasən parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən müvafiq qaydada vəsait ayrılır: “Həmin vəsait dövlət büdcəsində ayrıca qeyd olunur. Əgər Yeni Azərbaycan Partiyası da daxil olmaqla, hər hansı partiyaya dövlət tərəfindən verilən maliyyə dövlət büdcəsində göstərilən qaydada verilibsə, bu, hazırda qüvvədə olan qanunvericiliyə zidd deyil”.

Z.Qurbanlı həmçinin qeyd edib ki, icra hakimiyyətinin YAP-ın binasının təmiri ilə bağlı elan verməsi qanunsuzdur: “Məsələ ondadır ki, partiyalara maliyyəni icra hakimiyyəti yox, Maliyyə Nazirliyi ayırır. İcra hakimiyyəti YAP da daxil olmaqla heç bir partiyanın daxili işinə müdaxilə edə bilməz, o cümlədən, siyasi təşkilatların qərargahlarının təmirinə”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli illərdir təmsil olunduğu partiyanın qərargahsız fəaliyyət göstərdiyini xatırladıb: “2006-cı ildə ofisimizdən çıxarıldıq. Altı ildən sonra yeni ofis icarəyə götürə bildik. Dörd ay keçməmiş mərkəzi ofisimiz partladıldı, ordan da çıxmalı olduq”.

Nurəddin Məmmədli

O, AXCP-nin yerli şöbələrinin də qərargahsız fəaliyyət göstərdiyini xatırladıb: “Partiyamızın yerli şöbələrinə heç konfrans keçirməyə imkan verilmir. Hətta, ödənişli qaydada cəhdlərimiz də baş tutmur. Hakimiyyət çoxpartiyalı sistemi darmadağın etdi. Ancaq YAP-ın mərkəzi nədir, yerli şöbələri üçün də böyük binalar tikilir, təmir olunur”.

Ana səhifəXəbərlərHüquqşünas: İcra hakimiyyətinin YAP-ın binasını təmir etdirməsi qanunsuzdur