Hüquqşünas: Baş nazirin qərarı qanunvericilik texnikasına uyğundur

“Bu mənada Nazirlər Kabinetinin qərarı qanunvericilik texnikasına aid olduğundan ciddi mübahisə doğurmur”.

Source: Google


“Parlament apreldə karantin qaydalarının pozulması ilə bağlı Cinayət Məcəlləsinə əlavələr edib”

Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişikliklə bağlı imzaladığı qərar ictimaiyyətdə suallar yaradıb.

İyunun 9-da imzalanan qərara görə, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar. Buna qədər karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırdılar. Milli Məclisin qərarı olmadan Baş nazirin belə bir qərar imzalamasını qanunsuz sayanlar da var.

Məsələni Meydan TV-ə şərh edən hüquqşünas Səməd Rəhimli xatırladıb ki, Milli Məclis aprel ayında Cinayət və İnzibati Xətalar məcəllələrinə karantin qaydalarının pozulması ilə bağlı əlavələr edib. Ona görə də Baş nazirin imzaladığı qərar tamamilə formal xarakter daşıyır:

səməd-rəhimli.jpg
Səməd Rəhimli

“Onsuz da həmin məsuliyyət var. Nazirlər Kabineti hal-hazırda karantin qaydalarını müəyyən etməkdə səlahiyyətli olduğu üçün qanunlarda, qaydalarda, təlimatlarda əvvəl normaların mətnini müəyyən edir. Sonra da sanksiyalara istinad olunur ki, bunları pozan şəxslər müəyyən sanksiyalarla cəzalandırıla bilərlər. Çünki Milli Məclis sanksiyanı müəyyən edib. Bu mənada Nazirlər Kabinetinin qərarı qanunvericilik texnikasına aid olduğundan ciddi mübahisə doğurmur”.

Ana səhifəSosialHüquqşünas: Baş nazirin qərarı qanunvericilik texnikasına uyğundur