Hüquq müdafiəçisi Rəsul Cəfərov da dindirildi

“Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub, açıq şəkildə hesabdan çıxarılıb”

Source:


“Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub, açıq şəkildə hesabdan çıxarılıb”

Hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilib. Hüquq müdafiəçisi Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, iyulun 31-də saat 10:00-14:00 arasında bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib: “Dindirmə zamanı bütün suallara cavab verdim. Bundan sonra mənzildə axtarış aparıldı, axtardıqları heç bir sənəd mənzildə yox idi, bu barədə demişdim, amma axtarışı da apardılar ki, hər şeyi özləri görsün.  Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim”.

Rəsul Cəfərov hər  şeyin qaydasında olduğunu yazıb: “Bizim gizlədəcəyimiz heç nə yoxdur. Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub, açıq şəkildə hesabdan çıxarılıb. Zəruri bütun maliyyə sənədlərimiz var, mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk. Fəaliyyətimiz müntəzəm və geniş  şəkildə KİV-lər tərəfindən işıqlandırılır. Gördüyümüz işlərin nəticələri (hesabatlar, videoroliklər, multimedia məhsulları, sənədli film və s.) sosal şəbəkələrdə geniş yayılır. Biz sırf hüquq müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik”.

Ana səhifəXəbərlərHüquq müdafiəçisi Rəsul Cəfərov da dindirildi