Mirvari Qəhrəmanlı həkim nəzarətindədir
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının səhhəti qızı Mətanət Əzizovaya təzyiqlərdən sonra şiddətlənib. Mirvari Qəhrəmanlı özü də jurnalistlərdən onu az narahat etmək xahişində bulunmuşdu. O, Meydan TV-nin əməkdaşının telefon zənginə mayın 16-da belə cavab verib.
“Həkimlər mənə ictimai-siyasi proseslərdən, ağır informasiyalardan kənarda dayanmağı tələb edib. Hər gün saatlarla həkim müayinəsindən keçirəm və həkim nəzarəti altındayam. Müalicənin təsiri olmasa, xəstəxanada yatmağa məcburam”
Elə həmin gün gecə onun halı pisləşib və ciddi insult əlamətləri ilə xəstəxanaya aparılıb. Hazırda Mirvari Qəhrəmanlının ciddi şəkildə həkim nəzarətində olduğu bildirilsə də, o, xəstəxanada yatmaqdan imtina edir. Həkimlər isə hüquq müdafiəçisinin durumunu orta ağır qiymətləndirirlər.