«Human Rights Watch» hesabatını yaydı

Son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb

Source:


Son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb

«Human Rights Watch» təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. “Azadlıq” qəzetinin məlumatına görə, sənəddə Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunur.

Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogianın sözlərinə görə, hökumət açıq-aşkar təşkilatın əsas standartlarına məhəl qoymur: “Avropa Şurası rəhbərliyi Azərbaycana aydın şəkildə başa salmalıdır ki, o, hökuməti tənqid etdiyinə görə ədalətsiz olaraq həbs edilənləri azad etməli və insan haqları sahəsində islahatlar aparmalıdır”.

Hesabatda vurğulanır ki, son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb və onların çoxu hazırda həbsdədir. Hesabatda həmçinin həbs olunan NİDA-çılara, jurnalistlər Rauf Mirqədirov və Pərviş Həşimli ilə yanaşı, hüquq müdafiəçisi Leyla Yunusa və həyat yoldaşına, jurnalist Xədicə İsmayıla qarşı təzyiqlərin olduğu qeyd olunub.

Ana səhifəXəbərlər«Human Rights Watch» hesabatını yaydı