Onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.
Məlumatı Türkiyənin
“Hürriyet”
qəzeti yayıb.
Girov götürülən Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.
Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H. Akar azad edilib.
Onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.