”Homofobiya öldürür”

İyunun 13-də “Nəfəs” LGBT Azərbaycan Alyansı ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Onlar ABŞ-ın Florida ştatının Orlando şəhərində terror aktı nəticəsində həlak olanları yad ediblər. Aksiya iştirakçıları “Homofobiyaya son!”, “Homofobiya öldürür!” şüarları qaldırıblar.

İştirakçılardan Gülnarə Mehdiyevanın sözlərinə görə, bu hadisə onu göstərir ki, dünyanın heç bir yeri LGBT icması üçün tam təhlükəsiz deyil.

İştirakçılardan Gülnarə Mehdiyevanın sözlərinə görə, bu hadisə onu göstərir ki, dünyanın heç bir yeri LGBT icması üçün tam təhlükəsiz deyil.

“Mən bu səhər oxudum ki, öz sevdiyi insanın həyatını qurtarmaq üçün yaralananlardan biri də xəstəxanada həyatını itirib. Təbii ki, bu terror hadisədir. Bura yığışmağımızın səbəbi başsağlığı verməkdir. Lakin LGBT icması olaraq bu hadisə bizi ikiqat sarsıdır. Ən pis tərəflərindən biri də budur ki, ABŞ qanunlarına görə homoseksual və biseksual insanlar qan verə bilməzlər. Bu hadisələrdən sonra düşünün ki, öz sevdiyinə, həyat yoldaşına qan verməsi qadağan olunan insanlar var. Çox yaxşı olardı ki, ABŞ dövləti digər qanunlar kimi bu qanunu da ləğv edərdi.”

İyunun 12-də Orlandadakı gey-kluba silahlı hücum nəticəsində 50 nəfər ölüb. 50-dən artıq şəxs isə yaralanıb.

Ana səhifəVideo”Homofobiya öldürür”