“Hökumətin hələ də antiböhran planı yoxdur”

Natiq Cəfərli: “Görünən odur ki, yeganə antiböhran planı, nəzir-niyaz paylamaqla, neftin qiymətinin qalxmasını gözləməkdir”

Source:


Natiq Cəfərli: “Görünən odur ki, yeganə antiböhran planı, nəzir-niyaz paylamaqla, neftin qiymətinin qalxmasını gözləməkdir”

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat vəsait köçürüb.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu məbləğ ötən illə müqayisədə çox azdır: “ARDNŞ 2014-cü ilin yanvar ayında dövlət büdcəsinə 173,578 manat ödəmişdi. Bu da ödənişlərin ötən ilin anoloji dövrü ilə müqayisədə 55,076 milyon manat və ya 32 faiz azalması deməkdir. Bundan əlavə, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat vəsait köçürmüşdü. Ötən ilin yanvarında Şirkətin DSMF-ə ödənişləri 13,497 milyon manat təşkil etmişdi (azalma 11,6 faiz)”.

Ekspert bildirir ki, neftin qiyməti təzə düşməyə başlayıb, amma SOCAR-ın vəziyyətini göz önündədir, qiymət, çox güman, uzun illər aşağı olacaq, deməli, həm SOCAR-ın, həm də ABƏŞ-ın (Bp) vergi ödəmələrində azalmalar olacaq:

“Bu iki mənbədən 2015-ci ildə büdcəyə 2,7 mlrd. manat vergi daxil olması nəzərdə tutulub (Barel 90 dollar proqnozu ilə hesablanıb), əgər qiymət 55-60 dollar civarında olsa, bu mənbələrdən daxilolmalar 40 faizə yaxın azalacaq, yəni, təqribən, 1 mlrd manat az daxilolma baş verəcək. Hələ mən Neft Fondunu demirəm, fondun büdcə kəsiri 6-7 mlrd. dollar olacaq. Bütün bunlara baxmayaraq, hökumətin hələ də antiböhran planı yoxdur, hələ də çıxıb demirlər ki, hansı addımlar atacaqlar, nələr edəcəklər, problemləri necə həll edəcəklər. Görünən odur ki, yeganə anti-böhran planı nəzir-niyaz paylamaqla, neftin qiymətinin qalxmasını gözləməkdir, vəssalam!”.

Ana səhifəXəbərlər“Hökumətin hələ də antiböhran planı yoxdur”