“HİV-ə cinsi yolla yoluxma önə çıxıb və bu, daha təhlükəlidir”

Nöfəl Şərifov: “Məlumatın olmaması HİV virusu daşıyıcılarını pis vəziyyətdə qoyur”

Source:


Nofəl Şərifov: “Məlumatın olmaması HİV virusu daşıyıcılarını pis vəziyyətdə qoyur”

“Bir neçə il öncəyə qədər HİV/AİDS daha çox inyeksion narkoistifadəçilər arasında yayılmışdı. İndi bu tendensiya dəyişib. HİV-ə cinsi yolla yoluxma önə çıxıb və bu, daha təhlükəlidir” – deyir AİDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Nofəl Şərifov.

Onun sözlərinə görə, cəmiyyəti maarifləndirməyə böyük ehtiyac var. Bu məqsədlə ilk dəfə olaraq jurnalistlər arasında HİV/AİDS mövzusunda məqalə müsabiqəsi də təşkil edilib. Layihənin birinci mərhələsində ən yaxşı yazı qalibləri mükafandırıldıqdan sonra ikinci mərhələsi elan olunub. Jurnalist materiallarının cəmiyyətə böyük yararı olduğunu düşünən birlik rəhbəri ölkədə maarifləndirmənin dekabrın 1-i və mayın sonuncu həftəsi yada düşməli olmadığını vurğuladı: “Maarifləndirmə yalnız bir gün universitetlərdə, orta məktəblərdə keçirilməməlidi. Məlumatın olmaması HİV virusu daşıyıcılarını pis vəziyyətdə qoyur. Onların cəmiyyətdən kənarlaşdırılması problemin həlli yolu deyil. Bu yaxınlarda bir HİV/AİDS daşıyıcısından ailəsi imtina etdi. Onu sığınacaqla təmin etmək üçün qapı-qapı gəzib yer axtardıq. Bu insanların sənəd, iş problemi var. Bü gün HİV/AİDS-in müalicəsində yeni dərmanlardan istifadə olunur ki, bu da onları sağlam insanlardan heç nə ilə fərqləndirmir”.

Maarifləndirmə işinin jurnalist materialları ilə mümkünlüyünü nəzərdə tutan layihə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin HİV-lə yaşayan insanların şəbəkəsi və AİDS-lə Mübarizə İctimai Birliyi (Bakı) tərəfindən, UNAİDS-in regional ofisinin dəstəyi ilə həyata keçirilir.

Aytən Fərhadova

Ana səhifəXəbərlər“HİV-ə cinsi yolla yoluxma önə çıxıb və bu, daha təhlükəlidir”