“Məgər Amerika bir il əvvəl Almaniyanı hansı günə saldığımızı görmür?”
Siyasi şərhçi, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə Milli Məclisin ”ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini Meydan TV-yə şərh edib.
Hikmət Hacızadə hesab edir ki, Amerika Konqresdə Azərbaycanın məsələsini müzakirə çıxarmağına çox peşman olacaq: “Amerika Azərbaycanın möhtəşəmliyini görəcək. Əvvəl Almaniyanı necə diz çökdürdüksə, indi də Amerikanı diz çökdürəcəyik. Məgər Amerika bir il əvvəl Almaniyanı hansı günə saldığımızı görmür? Biz amerikanları sona qədər qovacağıq, qələbə bizimdir. Düzdür, itkilərimiz də olacaq, bunsuz mümkün deyil. Necə ki, Almaniya ilə müharibədə diktor İbrahim Məmmədli “şəhid” oldu. Amma bütövlükdə Amerika da Almaniya kimi diz çökəcək və biz bunları küncə sırayla düzəcəyik. Nəticə o olacaq ki, Azərbaycan bayrağını Nyu-Yorkun mərkəzində – terrorçuların dağıtdığı iki binanın yerində sancacağıq”