Heydər Əliyev Xolokost Muzeyinə hansı sənədləri təqdim edib?

”Sənədlər 1990-cı illərdə Azərbaycan diplomatları tərəfindən Rusiya arxivlərində aşkarlanıb”

Source:
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov


”Sənədlər 1990-cı illərdə Azərbaycan diplomatları tərəfindən Rusiya arxivlərində aşkarlanıb”

Ermənistanın milli “Daşnaksütun” partiyası İkinci Dünya Müharibəsi illərində faşist Almaniyasının hərbi kəşfiyyatı olan Abverlə əməkdaşlıq edib.

Belə ki, daşnaklar Yaxın Şərqdə yəhudi konslagerlərindəki əsirlərdən müsadirə edilmiş dəyərli əşyaları satırdılar.

Bunun dəlili olan müvafiq sənədlər 1999-cu ilin aprel ayında Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən Vaşinqtondakı Xolokost Muzeyinə təqdim edilib. Bu barədə “Turan” İA-nin “Çətin Sual” rubrikasına müsahibəsində səfərdə H.Əliyevi müşaiyət etmiş Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov bildirib.

Bu sənədlər 1947-48-ci illərə aid idi və sovet xüsusi xidmətlərinin zabitləri tərəfindən tərtib edilmişdi. Xüsusən, bu, Abver zabitlərinin dindirilməsi materialları idi.

Onlar ifadələrində yəhudilərdən müsadirə edilən dəyərli əşyaların, qızıl məmulatların, brilyantların Abverə ötürüldüyünü, Daşnaksütun şəbəkəsi və erməni diasporu vasitəsilə satış üçün Amsterdam üzərindən Yaxın Şərqə göndərildiyini bildiriblər.

Bu talançılıqda müasir Ermənistanda qəhrəman kimi qələmə verilmiş Sİ-nin cəza əməliyyatlarında iştirak edən Qaregin Njdenin də əli var idi.

Zülfüqarov bildirib ki, yüzlərlə səhifə həcmində möhürlə rəsmi olaraq təsdiq edilmiş bu tarixi sənədlər Heydər Əliyev tərəfindən Xolokost Muzeyinə təqdim edilib və bu, ictimai mərasim olub.

Sözügedən sənədlər erməni daşnaklarının Xolokostda iştirakını təsdiq edir.

Sİ-də erməni birləşmələri qaraçıların və yəhudilərin kütləvi qətlində birbaşa iştirak ediblər.

Zülfüqarov xatırladıb ki, məhz Daşnaksütun partiyası Qarabağ münaqişəsinin başlamasında və Azərbaycanın mülki əhalisinin qətlində böyük rol oynayıb. Daşnaklar vasitəsilə çox sayda erməni döyüşçüsü Livan, Suriya və digər ölkələrdən Qarabağa gəlib.

Ana səhifəXəbərlərHeydər Əliyev Xolokost Muzeyinə hansı sənədləri təqdim edib?