Heydər Babayevin oğlunun 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub

“Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir

Source:


“Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir

“Report”un əldə etdiyi məlumata görə, “Standard Insurance” ASC-nin sığorta agentləri Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində dindirilir.

Belə ki, vergi qurumları “Standard Insurance” ASC-nin sığortaladığı bir sıra obyektlərin sığortaya cəlbedilmə formasından şübhələnib. “Standard Insurance” iddia edir ki, həmin qurumlar sığortaya guya sığorta agentləri tərəfindən cəlb olunub. Lakin əslində sığorta agentləri tərəfindən cəlb edildiyi deyilən bır sıra şirkətlərin ASC-nin özü tərəfindən sığortaya cəlb olunması barədə şübhələr var.

Sığorta şirkəti müştərini özü cəlb edərsə, daha çox vergi ödəyir. Müştərini sığorta agenti gətirəcəyi halda isə təxminən 5 dəfə az vergi ödənilir.

“Standard Insurance” ASC sığorta şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür. “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib.

“Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.

Ana səhifəXəbərlərHeydər Babayevin oğlunun 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub