Həsən Ruhani növbəti dəfə İran prezidenti seçildi

Səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib

Source:


Səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib

Mayın 19-da İranda keçirilən prezident seçkilərinin nəticələri elan olunub.

İran İslam Respublikasının Seçkilər Qərargahının yaydığı məlumata görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir. Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

Məlumatı APA yayıb.

Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi  bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

Ana səhifəXəbərlərHəsən Ruhani növbəti dəfə İran prezidenti seçildi