Hesabat: Bakıda AŞPA nümayəndələrinə cinsi xidmətlər təklif edilib (yenilənib)

”AŞPA-nın bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub”

Source:


”AŞPA-nın bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub”

***


Hesabatın “AŞPA tərəfindən qəbul edilən hədiyyələr” bölməsində

bildirilir

ki, avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı, Bakıda cinsi xidmətlər də təklif olunub.


AŞPA katibliyi və deputatları bildiriblər ki, Azərbaycanda və Qafqazda hədiyyə vermək mədəniyyətin bir hissəsi olduğundan onlardan imtina etmək həmişə asan olmayıb.


Keçmiş AŞPA prezidenti Lord Russel – Conston (Lord Russell – Johnston) Ermənistan və Gürcüstandan sonra Azərbaycana səfər edəndə Bakıda qaldığı syut otel otağının hədiyyələrlə dolu olduğunu görüb. O, bu duruma şahid olan şəxsdən xahiş edib ki, diplomatik yolla Azərbaycan nümayəndə heyətinə izah etsin ki, onlar bu hədiyyələrin dörddə birini Strasburqa gətirə bilsələr şad olar.


2014-cü ildə cənab Debono Qrexə içi xalçalarla dolu olan böyük çantalar veriblər. Buna şahidlik edən şəxs bildirib ki, çantalar ağır olduğundan və cənab Qrexin xoşuna gəlmədiyindən onları oteldə qoyub. Cənab Qrex xalça hədiyyəsi qəbul etdiyini təsdiqləyib.


İsveçrədən xanım Doris Fiala mediaya açıqlama verib ki, ona brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı hədiyyə olunub, amma, o, bu hədiyyəni AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə qaytarıb.


Lüksemburqdan cənab Yves Kruçten (Yves Cruchten) deyib ki, o, Avropada QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər.


Bəzi şahidlər bildirib ki, deputatlara cinsi xidmətlər də təklif olunub.


İşveçrədən Dik Martinin (Dick Martyn) dediyinə görə, Bakıya rəsmi səfərlərindən birində gecə saat 1 radələrində kimsə onun otel otağının qapısını döyüb. Qapının gözlüyündən baxanda əllərində şampan olan yarıçılpaq iki qız görüb. O, qapını açmadığını bildirib.


Venessiya Komissiyası katibliyindən olan rəsmi bir şəxs bildirib ki, bir dəfə bir qadın onun qaldığı otelin otağına gələrək ona öz xidmətlərini təklif edib.

***

Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb. Azadlıq Radiosunun məlumatına görə 10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb.

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparırdı.

İstintaqı belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Hesabatda qeyd olunur ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb.

Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanır.

Tənqidçilər indiyədək Azərbaycanda iddia olunan seçki pozuntuları – qutulara topa bülletenlərin atılması, həmçinin insan haqlarına pozuntularına AŞPA-nın niyə zəif reaksiya verməsinə dair suallar qaldırıblar.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb. Bu siyasətə tənqidçilər “kürü diplomatiyası” adını verib.

Hakimlər Rusiya, Ukrayna və Türkiyədə bağlı iddiaların da olmasına baxmayaraq, yalnız Azərbaycanın məsələsini araşdırıblar.

Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, ittihamları araşdıran hakimlərdən biri Sir Nicolas Bratza AŞPA üzvlərinə “simvolik” hədiyyələr verildiyini deyib. Ancaq o, bəzi deputatların bu hədiyyələrin açıqlanmasıyla bağlı daxili qaydalara əməl etməməsindən narahatlığını bildirib.

Hakimlər belə bir qənaətə də gəliblər ki, keçmiş italyan deputatın və Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvünün “korrupsiya xarakterli fəaliyyət”lə məşğul olmasını düşünməyə əsaslar var.

Hesabatda qeyd olunur ki, AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıblar.

On digər üzvün Azərbaycanla bağlı komitələrdə çalışarkən, yaxud ölkədə seçkilərə monitorinq missiyalarında iştirak edərkən davranış kodeksini pozduqları bildirilir.

Hesabatda keçmiş italyan deputat Luka Volontenin (Luca Volontè) adı “korrupsiya xarakterli fəaliyyətdə” şübhəli kimi çəkilir. Onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında “vacib rol” oynadığı vurğulanır. Hesabatda digər insan haqları qruplarının narahatlıqları da qeydə alınmışdı, ancaq 2013-cü ildə AŞPA deputatları onun əleyhinə səs verdi.

Volonte
Volonte

“The Guardian” qəzeti yazır ki, İtaliya polisi Volontenin Azərbaycandan 2,39 milyon avro rüşvət alması barədə iddiaları araşdırır. Volonte isə ittihamları rədd edir və başqa bir çirkli pulyuma maddəsi üzrə ona bəraət

verilib

.

Sənəddə AŞPA-nın keçmiş prezidenti Pedro Agramuntun qurumun sağ mərkəzçi qrupuna rəhbərlik etməkdən ötrü “korrupsiya xarakterli əməllərə” getməsinə dair güclü şübhələrin olduğu vurğulanır. Agramunt ötən il istefa verməyə məcbur olub. Rusiya hökumətinin Suriyaya təşkil etdiyi səfərdə iştirakından dolayı qurumda ona etimadsızlıq səsverməsi keçirildi. Hesabatda bu ispan deputatın Azərbaycanın xeyrinə qərarların verilməsində “əsas rol” oynadığı bildirilir.

“Deutsche Welle” yazır ki, AŞPA prezidenti Mikele Nikoletti (Michele Nicoletti) bu hesabat açıqlanandan sonra “komitə adları çəkilən parlamentarilərin durumunu bir-bir nəzərdən keçirənədək onları fəaliyyətlərini dayandırmağa dəvət edib”.

“Transparency International” korrupsiyayla mübarizə təşkilatının rəhbəri Jose Ugaz deyib ki, bu deputatlara “sanksiyalar qoyulmalıdır, hakimiyyətlərə bundan ötrü təzyiq göstərəcəyik”.

Avropa Şurası 1949-cu ildə yaradılıb, Avropa Birliyindən ayrıca fəaliyyət göstərir, insan haqları və hüququn aliliyini təbliğ edir.

AŞPA-ya 47 üzvün parlamentlərindən nümayəndə heyətləri daxildir.

2017-ci ilin oktyabrında AŞPA Azərbaycanda “insan haqlarına görünməmiş təzyiqlər”dən, hakimiyyət balansının pozulmasından, məhkəmənin işindən narahatlığını bildirmişdi.

AŞPA “saxlanma zamanı, polis nəzarətində və həbsxanalarda işgəncələrin və qeyri-insani davranışın baş verdiyini, səmərəli təhqiqatların aparılmadığnı, ədalətli mühakimə hüququnun, ifadə, birləşmə və toplaşma azadıqlarının pozulduğunu” bildirirdi.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bu qətnamələri rədd edib, “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu deyib.

Aprelin 23-də AŞPA-nın Fransanın Strasburq şəhərində yaz sessiyası başlanır və sözügedən hesabatı da müzakirəsi gözlənir.

Ana səhifəXəbərlərHesabat: Bakıda AŞPA nümayəndələrinə cinsi xidmətlər təklif edilib (yenilənib)