Hərbi zavodda partlayış: ölən və yaralananlar var (yenilənib)

Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Mərkəz prezidentin iştirakı ilə ötən il açılıb

Source:


Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev

APA

-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.


S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsə maddi yardım ediləcəyini bildirib.


MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov

APA

-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.


Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova

APA

-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.


Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Mərkəz prezidentin iştirakı ilə ötən il açılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib.

Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən

virtualaz.org-a

partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum olmadığı bildirilib.

“Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”- deyə növbətçi hissədən bildiriblər.

Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.

Şirvan şəhər Xəstəxanasından virtualaz.org-a verilən son məlumata görə, partlayış nəticəsində Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızı dünyasını dəyişib. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.

Ana səhifəXəbərlərHərbi zavodda partlayış: ölən və yaralananlar var (yenilənib)