Hərbi qulluqçunun ürəktutmasından öldüyü deyilir

Onun ürəktutmasından həyatını itirdiyi bildirilir.

Source: Specify Source


Fətulla Siracov Şabran rayonunda dəfn edilib

Azərbaycan ordusu daha bir hərbçisini itirib. Xidmətdə olan hərbi qulluqçu Fətulla Qasım oğlu Siracov vəfat edib.

Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Onun ürəktutmasından həyatını itirdiyi bildirilir.

“Sputnik Azərbaycan”ın məlumatına görə, Fətulla Siracov yanvarın 30-da günorta saatlarında doğulduğu Şabran rayonunun Gəndov kəndində hərbi orkestrin müşayiəti ilə dəfn edilib.

Üç bacının bir qardaşı olan Fətulla oktyabr ayında hərbi xidməti başa vurub ordu sıralarından tərxis edilməli imiş. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Ana səhifəSosialHərbi qulluqçunun ürəktutmasından öldüyü deyilir