“Hadisə yerindən narkotik maddələr tapılıb”
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu sərhəd pozuçusunu yaxalayarkən xəsarət alıb.
Məlumatı
DSX
yayıb.
Hadisə oktyabrın 12-də saat 13:20 radələrində “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında baş verib.
“Sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhədi pozan Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla hərbi qulluqçuya hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir”, – məlumatda deyilir.
DSX bildirib ki, hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.