Müdafiə Nazirliyi: Bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür
Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, qarşı tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, iyulun 5-də saat 12:30-da Ermənistan tərəfinin snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəfin təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.