Hərbi ekspert və jurnalist istintaqa çağrıldı

Leyla Yunus: “Bu Rauf Mirqədirov barədə başlanan cinayət işilə və deməli, həm də mənimlə bağlıdır”

Source:


Leyla Yunus: “Bu Rauf Mirq


ə


dirov bar


ə


d


ə


ba


ş


lanan cinay


ə


t i


ş


il


ə


v


ə


dem


ə


li, h


ə


m d


ə


m


ə


niml


ə


ba


ğ


l


ı


d


ı


r”

Mayın 22-də səhər saat 10-da hərbi ekspert Azad İsazadə və “Turan İA”-ın jurnalisti Fərid Arifoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıblar.

Məlumatı hüquq müdafiəçisi Leyla Yunus “Azadlıq” qəzetinə verib. Onun sözlərinə görə, Azad İsazadə prokuror Sənan Paşayev, Fərid Arifoğlu isə Qasım Məmmədov tərəfindən idarəyə çağırılıb.

“Bu, Rauf Mirqədirov barədə başlanan cinayət işilə və deməli, həm də mənimlə bağlıdır. Hesab edirəm ki, baş verənlər Avropa Şurasının baş katibi Tornbörn Yaqlandın səfərindən sonra və Avropa Şurası Parlament Assambleyasının sədri Anna Braşörün səfəri ərəfəsində onlarla imzalanmış və həmin qurum qarşısında götürmüş öhdəliklərə üz çevirməkdir” deyə Leyla Yunus bildirib.

Ana səhifəXəbərlərHərbi ekspert və jurnalist istintaqa çağrıldı