Hərbi ekspert və jurnalist ifadə verdilər

Fərid Arifoğluna suallar daha çox Ermənistan səfəri haqda olub

Source:

Fərid Arifoğluna suallar daha çox Ermənistan səfəri haqda olub

Mayın 22-də səhər saat 10-da hərbi ekspert Azad İsazadə və “Turan İA”-ın jurnalisti Fərid Arifoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıblar.

Saat 13 radələrində idarədən çıxan Fərid Arifoğlu Meydan TV-yə bildirib ki, onu “Zerkalo” qəzetinin jurnaşisti Rauf Mirqədirovun həbsilə bağlı şahid qismində dindiriblər: “Suallar daha çox Ermənistana səfərimlə bağlı idi. Mən səfərin ATƏT tərəfindən təşkil olunub və dövlətin müvafiq strukturları bu barədə məlumatlandırılıb”.

Hərbi ekspert Azad İsazadə ona ünvanlanan sualların Rauf Mirqədorova açıqlan cinayət işi ilə bağlı olduğunu dedi: “Məndən istintaq sirrini yaymamaq haqqında iltizam aldılar. Aydındır ki, söhbət Rauf Mirqədirovu tanıyıb-tanımamaqdan da gedirdi, başqa suallar olmadı”.

 Azad İsazadə prokuror Sənan Paşayev, Fərid Arifoğlu isə Qasım Məmmədov tərəfindən idarəyə çağırılıb.

Ana səhifəXəbərlərHərbi ekspert və jurnalist ifadə verdilər