Yunus Məmmədov maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı ittiham edilir
Aprelin 3-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi, HDQ-nin keçmiş komandanı vəzifəsini icra edən I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb. Məlumatı “Trend”-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Bildirildiyinə görə, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində Yunus Məmmədov aprelin 3-də istintaqa çağırılaraq ona qarşı ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib. Yuus Məmmədov bir neçə gün əvvəl HDQ-nin komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan kimi işdən çıxarılaraq sərəncama göndərilmişdi. HDQ-nin qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. O, həm də HDQ-nin komandanı vəzifəsini icra edir.