Qabil Hüseynli: “Tədbir siyasi məqsədlər üçün istifadə olunmasın”
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində avqustun 21-də polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.
Pilotun nəşi II Fəxri Xiyabanda dəfn edilib.
Bu barədə məlumatı
Müdafiə Nazirliyi
yayıb.
R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb, bugünkü tədbir dövlət tədbiri olduğu üçün buradan siyasi məqsədlər üçün istifadə olunmasın.
“Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keçiriləcək. Orada hər kəs iştirak edə bilər”.
İyulun 24-də saat 22.00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsilib və radarlardan itib.
Azərbaycan Hərbi Prokurorluğu MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Təyyarənin tapılması üçün Türkiyədən mütəxəssislər cəlb edilmişdi. Avqustun 19-da təyyarənin “qara qutusu” tapılıb.
Avqustun 20-də
MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.