Yasamal rayonu, Şərifzadə 1 ünvanda, daha dəqiq desək, Memarlıq və İnşaat Universitetinin 1 saylı yataqxanasında yaşayan Qəmbər İdris oğlu Qəmbərov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. Səbəb adıçəkilən qurumun tibb müəssisələrindəki avadanlıqlara nəzarət etməməsidir.
Qəmbər Qəmbərov deyir ki, bu il, martın 27-də Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində ağız boşluğunda diş-çənə əməliyyatı keçirib. Həkimlərin apardığı əməliyyatdan sonra isə onda Hepatit C virusuna yoluxma ehtimalı yaranıb. Bundan sonda o, Bakı Baş Səhiyyə İdarəsinə müraciət edərək, müayinə olunmaq istədiyini bildirib. Qurum isə onu yenidən Kliniki Tibbi Mərkəzə göndərib. Mərkəzin laborator-analiz müayinələrindən keçərkən onda Hepatit C virusu aşkarlanıb.
Qəmbər Qəmbərov 2-ci qrup əlildir. Hərbi xidmətdə zədə alıb. Heç yerdə işləmədiyindən vəkil tutmağa da pulu yoxdur. Ona görə də bütün günü qanunları oxuyub, onların əsasında şikayət ərizələri, vəsatətlər hazırlayır. Deyir ki, problemlər onu sonda hüquqşünas da edəcək. Onu incidən əsas problemlərdən biri də görkəminə görə ayrıseçkiliyə məruz qalmasıdır.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 9 Oktyabr 2014 19:31
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-hekime-getdi-mehkemelik-oldu.html
Ana səhifə ▸ Video ▸