Həftənin ilk günü 53 nəfər koronavirusa yoluxub

Foto: Meydan.TV

“7 xəstə vəfat edib”

Martın 14-də Azərbaycanda 53 nəfər COVID-19 infeksiyasına yoluxub, 168 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Analiz nümunələri müsbət çıxan 7 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 790 min 820 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 779 min 585 nəfər müalicə olunaraq sağalıb, 9 mın 618 pasiyent ölüb. Aktiv xəstə sayı 1 min 617 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 437, bu günə qədər isə 6 milyon 635 min 319 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqHəftənin ilk günü 53 nəfər koronavirusa yoluxub