“Heç kim yollara görə kəndə gəlmək istəmir”

Mololon kəndinin yolu. Fotolar: Meydan TV

Mololon sakinləri şikayətlərinin eşidilmədiyini deyir

Masallı rayonunun Mololon kənd sakinləri yolun vəziyyətindən şikayətçidir.

Meydan TV-yə üz tutan bir qrup sakin deyir ki, kəndin yolları atıq uzun müddətdir ki, bərbad vəziyyətdədir. Bununla bağlı döymədikləri qapı, şikayət etmədikləri qurum qalmayıb, amma baxan yoxdur.

“Əkin sahələrinə gedə bilmirik”, – sakinlər deyir.

Kəndin 500-dən çox sakini var. Şikayətçilərin sözlərinə görə, kələ-kötür yollar avtomobillərini tez-tez sıradan çıxır, xərcə düşürlər:

“Kəndə bir dəfə gələn yollara görə daha gəlmək istəmir. Taksilər də məhz yola görə qiymətləri artırıblar. Masallıdan Bakıya getmək daha sərfəlidir”.

“Digər problemləri birtəhər yoluna qoya bilirik. Amma yollara gücümüz çatmır, dəfələrlə deyilib, telekanallar da işıqlandırıblar. Amma nəticəsi olmayıb. Nə ay bitir, nə də onların vədləri”,- kənd sakini Musa Quliyev deyib.

Kənd bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin yol bələdiyyənin deyil, dövlətin nəzarətindədir:

“Problemi olan kəndiçi yollar deyil, Mahmudovar çöl yoludur. Əvvəl yaxşı vəziyyətdə idi, İpək yolu çəkiləndən sonra yol sıradan çıxdı, ona görə də təmirə ehtiyac yaranıb”.

Bələdiyyədən onu da deyiblər ki, kənd qazlaşdırılıb, daxili yollar bələdiyyənin hesabına təmir edilir. Bu yol isə dövlət tərəfindən təmir olunmalıdır.

Bələdiyyədən “yolun yaxın vaxtlarda təmir ediləcəyi gözlənilir” deyilsə də, dəqiq tarix söyləməyiblər.

Ana səhifəBölgə“Heç kim yollara görə kəndə gəlmək istəmir”