İkram Rəhimov ona qarşı sürülən ittihamlara etiraz edir
“Realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimov yanvarın 21-dən müddətsiz aclıq aksiyasına başlayıb.
Bu barədə Meydan TV-yə danışan jurnalistin yaxınları bildirib ki, İkram Rəhimov aclıq aksiyasına ona qarşı sürülən ittihamlara etiraz əlaməti olaraq başlayıb:
“İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də bu haqda məlumat verib”.
İ.Rəhimov
2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.