Həbsdə olan NİDA-çının vəziyyəti ağırlaşıb

Atlas Rüstəmzadə: “Niyə İlkinə belə münasibət göstərirlər, bəyəm o terroristdir?!”

Source:
Илькин Рустамзаде
Илькин Рустамзаде


Atlas Rüstəmzadə: “Niyə İlkinə belə münasibət göstərirlər, bəyəm o terroristdir?!”

NİDA-çı gənc fəal İlkin Rüstəmzadənin səhhətində problemlər var. Bu barədə həbsdə olan fəalın anası Atlas Rüstəmzadə Meydan TV-yə məlumat verib.

Onun sözlərinə görə, oğlunun səhhərində problem olsa da, müalicəsinə şərait yaradılmır:

“İlkinə qarşı qərəz var, dəfələrlə müraciət etməyimizə baxmayaraq, onu hospitala aparmırlar. İndi də vəziyyəti ağırlaşıb. Özü zəng etmişdi, mədəsində problem var, həzm sistemi düzgün işləmir. Niyə İlkinə belə münasibət göstərirlər, bəyəm o terroristdir?!”

“Azad Gənclik” Təşkilatının fəalı, həbsxanada NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

İlkin Rüstəmzadənin adı hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alır.

Ana səhifəXəbərlərHəbsdə olan NİDA-çının vəziyyəti ağırlaşıb