Həbsdə olan AXCP fəalı təcridxananın tibb hissəsinə köçürülüb

“Mirfeyzulla Seyidovun vəziyyəti ağır olaraq qalır”

Source:
AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov
AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov


“Mirfeyzulla Seyidovun vəziyyəti ağır olaraq qalır”

AXCP fəalı, həbsdə olan Mirfeyzulla Seyidov 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb.

Bu barədə “Turan” informasiya agentliyinə vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, M.Seyidovun vəziyyəti ağır olaraq qalır. Müdafiə tərəfi M.Seyidovun vəziyyətinin yaxşılaşması üçün bunun yetərli olmadığını hesab edir və müxalifətçinin azad olunmasına təkid edir.

“Onu böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. M.Seyidovun həm də diabet və hipertoniya xəstəliyi var “- vəkil deyib.

Ötən həftə vəkil Baş prokurora müraciət edərək həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Ancaq cavab yoxdur.

Bakı Apelyasiya Məhkəməsi mayın 21-də Mirfeyzulla Seyidovun qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında şikayətini təmin etməyib.

M.Seyidov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə irəli sürülən ittihamı qəbul etmir.

M.Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. AXCP-də hesab edirlər ki, M.Seyidov siyasi motivlərlə təqib olunur.

Ana səhifəXəbərlərHəbsdə olan AXCP fəalı təcridxananın tibb hissəsinə köçürülüb