Həbs olunan jurnalistin xanımı səfirlərə müraciət etdi

”Həyat yoldaşım qanunvericiliyin tələblərinə zidd olaraq 33 gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı”

Source:
Fikrət Fərəməzoğlu


”Həyat yoldaşım qanunvericiliyin tələblərinə zidd olaraq 33 gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı”


“Fikrət İbişbəyli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlə üzləşib. O, iyulun 5-də vəkilindən və həbsindən verilən apellyasiya şikayətindən imtina edib. Onu mənimlə şantaj ediblər. Fikrətə bildiriblər ki, vəkildən və Apellyasiya Məhkəməsindən imtina etməsə, həyat yoldaşı da həbs olunacaq”.

“jam.az” (Jurnalist Araşdırma Mərkəzi) saytının redaktoru Fikrət Fərəməzoğlunun (İbişbəyli) həyat yoldaşı Faiqə İbişbəyli Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirlərinə müraciət edib.

Faiqə İbişbəyli bildirib ki, həyat yoldaşının həbsi hüquq pozuntuları ilə müşaiyət olunub: “2016-cı il iyunun 30-da order olmadan yaşadığımız evdə axtarış aparılıb və Fikrət Fərəməzoğluna məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarımızın toy diskləri götürülüb. KİV-ə məlumat verəndən sonra, iyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi”.

“Həyat yoldaşım qanunvericiliyin tələblərinə zidd olaraq 33 gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı. Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, o, yenidən həmin idarəyə qaytarıldı”,- deyə F.İbişbəyli deyib.

F.İbişbəyli diplomatik nümayəndəliklərdən həyat yoldaşının həbsini diqqətdə saxlamağı xahiş edib.

2016-ci il iyulun 2-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Fərəməzoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham olunur.

Ana səhifəXəbərlərHəbs olunan jurnalistin xanımı səfirlərə müraciət etdi