Hansı ölkə karantin qaydasını pozanları necə cəzalandırır?

Karantin qaydasını pozan şəxs insan ölümünə səbəb olarsa, o zaman ona 2 ildən 4 ilədək həbs cəzası tətbiq edilə bilər

Source: Мейдан ТВ


Bəzi ölkələrdə polis əməliyyat keçirərək insanları cərimələyir

Bugünlərdə Meydan TV pandemiya dövründə hansı dövlətin vətəndaşına necə yardım etdiyi barədə məlumat

vermişdi

.

Məlum olmuşdu ki, Azərbaycan pandemiya zamanı işsiz vətəndaşına ən az əl tutan ölkələr sırasındadır. Dövlət işsiz insanlara ayda 190 manat ödəməyi boynuna alsa da, işsiz olduğu halda bu statusu ala bilməyən xeyli insan prosesdən narazı qaldı. Öz adına, yaxud ailə üzvünün adına istifadə edilməyən torpaq sahəsi, fəaliyyətsiz VÖEN-i, avtomobili, evi olanlar yardım ala bilmədi.

İnsanlar Meydan TV-nin “Facebook” səhifəsində yardımdan müxtəlif bəhanələrlə kənar qaldıqlarını, ancaq əvəzində müxtəlif səbəblərdən cərimələndiklərini yazıblar. Məsələn, polis kimini maska taxmadığı, kimini “sms” yazmadığı, kimini də Bakıya, rayonlara qeyri-qanuni yollarla daxil olduğu üçün cərimələyib.


Azərbaycanda karantin qaydalarını pozanlar necə cəzalandı?

Azərbaycanda pandemiya dövrü qoyulan qaydaları pozan sıravi vətəndaşlara kəsilən cərimə 200 manat (118 dollar), vəzifəli şəxslərə tətbiq edilən cərimələr isə 400 manatdır (236 dollar). Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən şəxslərin əksəriyyəti 400 manat (236 dollar) cərimələndi. Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün 15 sutka həbs cəzası aldı.

FotoJet.jpg
Ramiz Mehdiyevin nəvəsinin toyu


Bəs qonşu ölkələrdə karantin rejimi pozanlar nə qədər cərimələndi?

Gürcüstanda

Pandemiyanın ilk vaxtlarında Gürcüstanda karantin qaydalarını pozan fiziki şəxslərə 3 min lari (975 dollar – 1658 manat), hüquqi şəxslərə isə 15 min lari (4875 dollar -8288 manat) məbləğində cərimə yazılırdı.

Sonradan Gürcüstan Parlamenti İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişləri

təsdiqlədi

. Bununla da cərimələr bir az azaldıldı. Mayın 2-dən bu yana qayda pozuntularına yol verən fiziki şəxslər 2 min lari (650 dollar – 1105 manat), hüquqi şəxslər isə 10 min lari (3250 dollar – 5522 manat) məbləğində cərimə olunur.

630_360_1585583307-826.jpg
Gürcüstanda karantin

Qaydaların təkrar pozulmasına görə fiziki şəxslərə qarşı 6 il müddətində həbs cəzası, hüquqi şəxslərə qarşı isə cərimə ilə yanaşı, fəaliyyət hüququnun dayandırılması və ya ləğvi nəzərdə tutulub.


Ermənistanda

Ermənistanda karantin rejimini pozanların cəzası 100-250 min

dramdır

(527-702 manat). Karantin qaydasını pozan şəxs başqasının xəstələnməyinə səbəb olarsa, 300-500 min dram (1053-1755 manat) cərimələnəcək və ya bir ay azadlıqdan məhrum ediləcək. Virusu iki və ya daha çox adama yoluxduran şəxs 500-700 min dram (1755-2457 manat) cərimələnə və 1-3 aydan 2 ilə qədər həbs edilə bilər.

RIAN_6211808.HR_.ru_.jpg
Ermənistanda karantin

Karantin qaydasını pozan şəxs insan ölümünə səbəb olarsa, o zaman ona 2 ildən 4 ilədək həbs cəzası tətbiq edilə bilər.


Rusiyada

Martın 31-də Rusiya Dövlət Dumasının deputatları ölkədə karantin qaydalarının pozulmasına görə 7 ilə qədər həbs cəzasını

təsdiqlədi

.

755846426949233.jpeg
Rusiyada karantin

Bundan əlavə, Rusiyada karantin qaydalarını pozan fiziki şəxslər – 15 ilə 40 min rubl (342-912 manat) arası, vəzifəli şəxslər 50 mindən – 150 min rubla (1140-3421) qədər, hüquqi şəxslər isə 200 ilə 500 min rubl (4562-11404 manat) arasında cərimələnir. Təkrar qayda pozuntusunda məbləğ qat-qat artıqdır.


Türkiyədə

Türkiyədə qaydaları pozanlar, əsas da maska taxmayanlar 900 tl (120 dollar – 205 manat) məbləğində cərimə

edilirlər

.

Ötən həftə Türkiyədə maska taxmadığı üçün qadınları zorla polis idarəsinə aparmaq istəyən 2 polis əməkdaşı işdən

çıxarılıb

.

PC_4CC-VFEGL4lzctGGipg.jpg
İşdən çıxarılan polislər

Ölkədə 9 saat ərzində keçirilmiş əməliyyatlar nəticəsində isə 6733 vətəndaş

cərimələnib

.

Bəs dünya ölkələrində karantin qaydalarını pozmağa görə tətbiq edilən cərimələr nə qədərdir?

Martdan bu yana Avstriyada tətbiq olunan xüsusi karantin rejiminin qaydalarını pozan vətəndaşlar ümumilikdə 5,9 milyon avro (11 milyon 869 min manat)

cərimələniblər

.

Pozuntuların əsas hissəsi (24 min 095 hal üzrə) ictimai məkanlara qanunsuz daxilolma nəticəsində baş verib. 19 min 874 inzibati cərimə tətbiq olunub.

Gündəlik “Kurier“ qəzetinin məlumatına əsasən, barəsində cərimə kəsilənlərdən 10 min 072 nəfəri hüquqi vasitələrdən istifadə edərək məhkəməyə şikayət verib. Onların təxminən yarısının cəriməsi ləğv olunub və ya azaldılıb.

1598609671802517743_1000x669.jpg
Avstriya

İngiltərədə yaxın günlərdə qəbul edilmiş qərara görə, cərimə 10 000 funt

sterlinqdir

(13260 dollar – 22500 manat). 30 nəfərdən çox insanın iştirak etdiyi toplantı ciddi qanun pozuntusu hesab edilir. Bu zaman polis vətəndaşa 10 000 funt sterlinq (13260 dollar – 22500 manat) cərimə yaza bilər. Maskadan istifadə etməməyə görə cərimələr isə 100-3200 funt sterlinq (132 – 4250 dollar – 225 – 7225 manat ) arasında dəyişir.

Almaniyada qatar və avtobusa maskasız daxil olsanız, 177 dollar (300 manat) cərimə edilə

bilərsiniz

. Bir neçə gün öncə almanların ən çox yaşadığı Şimali Reyn-Vestfaliya vilayətində polis 8 saatlıq əməliyyat keçirib. Nəticədə 1707 nəfər cərimələnib. Bu, Almaniyada keçirilən ilk belə əməliyyat idi. Sentyabrın 1-dək Almaniyada çox insan maskadan istifadə etmirdi. Maska taxmağın şəxsi azadlığa zərbə vurduğunu iddia edən bəzi alman vətəndaşları etiraz olaraq aksiya da keçirmişdilər.

54677671_403.jpg
Almaniya

Avstraliyada karantin qaydalarının pozulmasına görə cərimə təxminən 1150 dollar (1950 manat) civarındadır. Keçən ay KFC-dən 20-ə yaxın sifariş verən bir evə polis basqın

etmişdi

. Məlum olmuşdu ki, evdə ad günü partisi keçirilir. Evdəkilər ümumilikdə 18 000 dollar (30 min 600 manat) civarında cərimələndilər. Polis komissarının dediyinə görə, gənclər bu ad gününü heç vaxt unutmayacaqlar, çünki bu ad günü onlara 18 000 dollara başa gəlib.

Qətərdə cərimələr 55 000 dollar (93 min 500 manat) və ya 3 il

həbsdir

. Mərakeşdə isə bu rəqəm 130 dollardır (221 manat). Livanda qaydaları pozanlar 33 dollar (56 manat) cərimə edilir.

Belçikada cərimə 250 avro (500 manat), Fransada 135 avro (270 manat), İspaniyada 100 avro (200 manat)

civarındadır

. İtaliyanın Campania bölgəsində cərimələr 1000 avro (2000 manat), Lombardiyada isə 400-3000 avro (800 – 6000 manat) arasında dəyişir. Portuqaliyada maska taxmayanlar 350 avro (700 manat) cərimələnir.

Kanadada isə cərimələr 2000 (3400 manat) dollardır. Ölkənin Britaniya Kolumbiyası adlı əyalətində bir neçə gün bundan öncə təşkil edilən bir qonaqlığa basqın edilib. Toplantı təşkilatçısı 2300 dollar (3910 manat)

cərimələnib

.

merlin_174374505_61965b78-9e79-45e5-8890-93da5a4bc098-jumbo.jpg
Avstraliya
Ana səhifəSosialHansı ölkə karantin qaydasını pozanları necə cəzalandırır?