Hakimlər cəzalandırılıb

Yasamal rayon Məhkəməsinin hakimi tutduğu vəzifədən uzaqlaşdırılıb, Sumqayıt və Zaqatala məhkəmələrinin hakimlərinə töhmət verilib

Source:
Akşin Əfəndiyev, İlyas Mahmudov, Arif İsmayılov (soldan sağa)
Akşin Əfəndiyev, İlyas Mahmudov, Arif İsmayılov (soldan sağa)


Yasamal rayon Məhkəməsinin hakimi tutduğu vəzifədən uzaqlaşdırılıb, Sumqayıt və Zaqatala məhkəmələrinin hakimlərinə töhmət verilib.

Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay keçirilən Referendum Aktından danışıb və bildirib ki, Konstitusiyaya dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinə də müsbət töhfə verəcək. Belə ki, hakimliyə namizədlərə dair yaş həddinin götürülməsi gənclərin məhkəmə hakimiyyətində daha geniş təmsil olunmasına şərait yaradacaq.

İclasda, həmçinin məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud vakansiyaların komplektləşdirilməsi üzrə tədbirlər müzakirə edilib, digər təşkilati məsələlərə baxılıb.

Eyni zamanda, hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa, vətəndaşların narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.

Ana səhifəXəbərlərHakimlər cəzalandırılıb