“Hakimiyyət yalnız bank köçürmələrini diqqətlə izləyir”

“Hüquq-mühafizə orqanları maliyyə araşdırmaları həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş gəlirləri aşkar etmək, izləmək və onların üzərinə həbs qoymaq üçün kifayət qədər hazırlıqlı deyil”

Source:


“Hüquq-mühafizə orqanları maliyyə araşdırmaları həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş gəlirləri aşkar etmək, izləmək və onların üzərinə həbs qoymaq üçün kifayət qədər hazırlıqlı deyil”

Aprelin 1-ə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Komitəsi (MONEYVAL) Azərbaycanı bu cinayət növünə, habelə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə səyləri fəallaşdırmağa çağırıb. Təşkilatın Turan agentliyinə göndərilmiş press-relizində deyilir ki, MONEYVAL-ın yaydığı hesabata pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq və Avropa standartlarının təhlili daxildir. Əsas hesabat növləri aşağıdakı kimidir:

Terrorist aktivlərinin dondurulması ilə bağlı qanunvericilik bazasında böyük nöqsanlar aşkar edilib. Cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirə edilməsini tənzimləyən qanunvericiliyin möhkəmləndirilməsi üzrə addımlar atılsa da, cinayət yolu ilə əldə olunan vasitələr və əmlak müsadirə olunmayıb.

Maliyyə kəşfiyyatı şöbəsi Azərbaycanın maliyyə sistemində fəal alətdir, baxmayaraq ki, bu qurumun təsirdən və işinə müdaxilədən asılı olmaması üçün əlavə tədbirlər görülməlidir.

Hüquq-mühafizə orqanları maliyyə araşdırmaları həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş gəlirləri aşkar etmək, izləmək və onların üzərinə həbs qoymaq üçün kifayət qədər hazırlıqlı deyil. Hakimiyyət yalnız bank köçürmələrini diqqətlə izləyir.

MONEYVAL Azərbaycanın tövsiyələrin yerinə yetirilməsini izləməkdə davam edəcək və 2015-ci ilin dekabrına qədər Azərbaycan aşkar edilmiş nöqsanların həlli üçün görülmüş tədbirlər haqqında məruzə təqdim etməlidir.

* Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi (MONEYVAL) milli hakimiyyət orqanlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirən və tövsiyələr verən orqandır (Turan İA).

Ana səhifəXəbərlər“Hakimiyyət yalnız bank köçürmələrini diqqətlə izləyir”