Hakimiyyət niyə pisdir?

Siyavuşdan Mikayıla qədər

Source:



Əhalinin kütləşməsinə xidmət edən TV, insanlara bədheybətcəsinə göz ağardıb: “Əəə, bir-bir!” deyib bağıran məmur, və ya “Ə, gedin soğan əkin!” deyib hayqıran “ziyalı”, universitetlərin saxta diplomları – bunlar hamısı bu “milli-mənəvi dəyərlər” məcələssinə uyğun edilir. Aydındır ki, bu “milli-mənəvi dəyərlər” yalnız əhalinin sosial aşağılarda yerləşmiş başlıca kütləsinə aid edilirdi, daha iqtidarın “qızıl adamları”, “tem bolee” onların “qızıl balalarına” əsla aid edilmir.

Dövlət başçısının “gənclərlə” son yığıncağını hamı gördü, 92-93-cü illər haqdakı kif basmış söbətlər yenidən təzələndi. Görünür, bu mövzular da bizim nəslin boynuna biçilib, həyatımızın leytmotividir. Bu hakimiyyət sona qədər mantra kimi təkrar edəcək, biz də qəbir evinə kimi dinləyəcəyik bunları. Məşhur operada deyildiyi kimi: “Gör nə günlərə qaldın, öz cəzandır, çək, Balaş!”.

Bunlar hamısı əla, bəs 22 ildir hakimiyyətdə olan və (kor-kor, gör-gör) ölkəni uçurumun kənarına gətirib çıxarmış iqtidar bəs özünə nədən heç sual-filan yönləndirmir? Doğrudan da, adamdan soruşarlar – ay qardaş, ay insan, ay vətəndaş, axı bu hakimiyyətin nəyi xoşunuza gəlmir, bunun dəqiq formulasını niyə vermək olmaz ki?

Olar, lap da yaxşı olar.

O zaman başlayaq – bu hakimiyyətin nəyi pisdir?

İlk öncəsi bu hakimiyyət qeyri-legitimdir. Bütün öncə baş verənlər bir kənara, 2009-cu ildəki mart referendumu bu hakimiyyətin qeyri-legitimliyinin əsasını qoydu. Heç bir sivil ölkədə buna yol verilməzdi, hətta Putin Rusiyasında belə buna gedilmədi. 2013-cü ildəki seçki bu qeyri-legitimliyi tam rəsmiləşdirdi.

Bu hakimiyyət istənilən inkişafın qarşısında bir çəpədir – bu da artıq oturuşmuş faktdır. Onların hakimiyyəti ərzində ölkədə görünməmiş dərəcədə karikatur psevdokult olan, az qala Hammurapinin qanunlar məcəlləsini xatırladan “milli-mənəvi dəyərlər” adlı cəfəng “nəbilimnə” yaradıldı. Həmin bu “milli-mənəvi dəyərlər” yazılmamış məcəlləsinə görə, hakimiyyətdəkilər rəsmi bütə çevrilir, rüşvət tam legitimasiya alır, insanlar ibtidai quruluş qaydaları ilə idarə olunur.

Əhalinin kütləşməsinə xidmət edən TV, insanlara bədheybətcəsinə göz ağardıb: “Əəə, bir-bir!” deyib bağıran məmur, və ya “Ə, gedin soğan əkin!” deyib hayqıran “ziyalı”, universitetlərin saxta diplomları – bunlar hamısı bu “milli-mənəvi dəyərlər” məcələssinə uyğun edilir. Aydındır ki, bu “milli-mənəvi dəyərlər” yalnız əhalinin sosial aşağılarda yerləşmiş başlıca kütləsinə aid edilirdi, daha iqtidarın “qızıl adamları”, “tem bolee” onların “qızıl balalarına” əsla aid edilmir.

Bu hakimiyyət arxaikdir. Bu hakimiyyətin bütün insanları, istər Siyavuş kimi odioz fiqurlar, istər Mikayıl kimi “gənc və perspektivlilər”, istərsə də az qala bütün nomenklaturası – hamısı keçmişin qalıqları, anoxronizmləridir.

Bu hakimiyyət, iqtidarda olduğu 22 il ərzində öz ölkəsinin əhalisinə az qala düşmən mövqedə durmuş bir dövlət qurmaqla məşğul oldu. İnsanlar nəinki siyasi tələblər, nəinki konstitusiyada təsbit olunmuş yığışmaq azadlığı, hətta ən elementar sözlərini demək üçün toplaşdıqda, onlarda söhbət etmək yerinə üzərlərinə az qala “inoplanetyan” paltarı geymiş kaskalı polis yeridilir, qaz güllələri atılır, suvuran maşınlar işə düşür, ələ keçən “padvala” basılır. Dövlətin özü, 11 il MTN naziri vəzifəsində saxladığı şəxsi cinayətkar elan edir, onun generallarının isə şəxsi həbsxanası olduğunu bəyan olunur. Kiminsə daha sualı varmı?

Bu hakimiyyət bu ölkədə istər fərdin, istərsə cəmiyyəti arzularının qəbirlərə gömüldüyü, istənilən sosial liftlərin kip-kip, hermetik qapandığı bir cəmiyyətdir.

Bu hakimiyyət qeyri-kompetentdir. Azərbaycana verilmiş unikal şansı, tarixi kart-blanşı, ölkəyə gəlmiş baltakəsməz maliyyə resurslarını bunlardan başqa bircə ölkənin keçirmək istəmədiyi “Avropa Oyunları” və s. kimi mənasız və boş işlərə sərf edib bitirən, bununla da kifayətlənməyib, hazırkı ağır durumda belə milyardlarla kredit götürüb “Formula-1”, “islam oyunlar” və s. keçirmək istəyən hakimiyyətdir. Bir absurd qərarı verib, üstündən heç 10 gün keçməmiş ləğv edən, manatın devalvasiyasından bir neçə gün öncə mərkəzi bankının müdürü “manat heç zaman düşməyəcək”, maliyyə naziri elə ordaca qiyməti 100 $ olan istiqraz kağızı buraxıb, “Ok, banklara inanmırsız, onda bu kağız parçalarına inanın, alın, verin pulunuzu bizə” deyən hakimiyyətdir.

Və sonunda, bu hakimiyyət yalan və sinizmin apogeyidir. Yalan bu hakimiyyətin 22 illik idarəetməsində çox önəmli və yəqin ki, ən vacib faktor oldu. Yalan və rüşvət illər ərzində bu iqtidarın məşum idarəetmə mexanizmində bir sürtgü yağı oldu.

Bu hakimiyyət Azərbaycanda özünəinamı və ictimai şüuru məhv etdi. Repressiv sistemin saat kimi işlədiyi bu rejim məhz bu işi əla bacardı.

22 il sürən bu məşum idarəetmə Azərbaycanı elə bir uçurumun kənarına gətirib çıxarıb ki, buradan o yana açılan mənzərə artıq bu iqtidarın özünü də aqoniya vəziyyətinə gətirib. Vəziyyət o qədər ağır, cəmiyyətin deqradasiyası isə o qədər dərindir ki, bu iqtidarın olmayacağı Azərbaycanın necə olacağını bir kimsə dəqiq təsvir edə bilməz. Lakin artıq hamı anlamalıdır ki, bu vəziyyətdən çıxışın ilk və yeganə doğru addımı bu iqtidarın Azərbaycanda hakimiyyətdən geməsidir, başqa yol artıq mümkünsüzdür.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəHakimiyyət niyə pisdir?