“Hakimiyyət bu cür isteriyanın olmasında maraqlıdır”

Mehman Əliyev hesab edir ki, Prezident Administrasiyası birbaşa məsələyə müdaxilə etmir, mövqeyini bildirmir, ancaq mane də olmur

Source:


Mehman Əliyev hesab edir ki, Prezident Administrasiyası birbaşa məsələyə müdaxilə etmir, mövqeyini bildirmir, ancaq mane də olmur

Son bir həftədə cəbhə bölgəsində atəşkəsin pozulması medianın da diqqətindədir. Olayların təhrif edilməsi, xüsusən, dezinformasiyaların yayılması adi hal alıb.

Bu durum avqustun 5 və 6-da özünü daha çox büruzə verib. Bəzi portallar  Ağdam rayonunun iki kəndinin işğalçılardan azad edildiyi, hətta bəzi rayonların boşaldıldığı haqqında məlumat yaydılar.

Dezinformasiya yayan saytlar arasında axar.az, qaynar.info, teref.info, olke.az,  euronews.az, azerinews.tv, istixeber.com, avropa.info və başqalarının adları var.

Mövcud durumu Meydan TV-yə şərh edən “Turan İA”-ın direktoru Mehman Əliyev hansısa ərazilərin alındığı xəbərinə inanmadığını dedi: “Düzdür, Müdafiə Nazirliyinin açıqlaması olsa da, nələri nəzərdə tutduqları mənə aydın olmadı. Sadəcə, nazirlik bu mövzuda çox informasiya getməsindən narahatdır. O mənada ki, nə tədbir görə bilir, nə də prosesi idarə edir. Başqa tərəfdən isə 12 əsgərimizin şəhid olmasından sonra dövlət yox, ayrı-ayrı media orqanları, yaxud şəxslər təşəbbüs göstərdi, televiziya kanallarında əyləncəli proqramlar dayandırılsın, matəm elan olunsun. Bu sahədə pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən  əksəriyyət özünü vətənpərvər göstərərək insanlara çağırışlar etdi. Hətta bəziləri səfərbərlik elan olunması barədə məlumatlar yaydı, bəlkə kimlərisə hərbi komissarlıqlara çağırıblar. Kimlərinsə bu vəziyyətdən istifadə etməsi mümkündür”.

Mehman Əliyev bildirdi ki, hakimiyyət bu cür isteriyanın olmasında maraqlıdır: “Prezident Administrasiyası birbaşa məsələyə müdaxilə etmir, mövqeyini bildirmir, ancaq mane də olmur. Biz bu tipli informasiyaların qarşısının alınmasında hər hansı cəhdi görməmişik.  Amma hansısa KİV orqanının Leyla Yunusla bağlı kampaniyasının qarşısının alınması üçün müəyyən cəhdlər olur”.

Ana səhifəXəbərlər“Hakimiyyət bu cür isteriyanın olmasında maraqlıdır”